Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. Milli.Az xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşaraq bir barel üçün 76,47 ABŞ dollarına düşüb. Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin 2026-cı ilin iyun ayı üzrə fyuçers müqavilələrinin qiyməti 0,76% geriləyib. Nəticədə bir barel neftin dəyəri 72,65 ABŞ dolları səviyyəsində qərarlaşıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)