Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
Pakistanın Azərbaycandakı səfirliyi iki gün fəaliyyət göstərməyəcək. Milli.Az xəbər verir ki, səfirliyin yaydığı məlumata görə, diplomatik nümayəndəlik iyunun 25 və 26-da bağlı olacaq. Qeyd olunub ki, iyunun 25-də Aşura günü, iyunun 26-da isə Silahlı Qüvvələr Günü münasibətilə səfirlikdə iş günü olmayacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin