ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb. Milli.az xəbər verir ki, bu barədə bankın mobil tətbiqində istifadəçilərə göndərilən bildirişdə qeyd olunub. Bankdan verilən məlumata görə, buna səbəb 3-cü tərəf sistemlərində yaranmış texniki çətinlikdir. "Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda bildirilib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin