"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)

​Türkiyənin "Fənərbağça" klubu heyətini gücləndirmək yolunda mühüm addım atıb. Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi ingiltərəli hücumçu Meyson Qrinvud ilə şəxsi şərtlərdə tam razılığa gəlib. ​Fransanın nüfuzlu "L'Equipe" nəşrinin yaydığı məlumata görə, transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir. Lakin tərəflər hələlik qiymət məsələsində ortaq məxrəcə gələ bilmirlər. ​Futbolçunun müqavilə ilə məxsus olduğu Fransanın "Marsel" klubu oyunçu üçün qapını 50-55 milyon avrodan açır. İstanbul nəhənginin təklifi isə fərqlidir. "Fənərbağça" bu transfer üçün Fransa təmsilçisinə 30 milyon avro və əlavə bonuslar təklif edib. ​Klublar arasında razılıq əldə olunarsa, Meyson Qrinvudun tezliklə İstanbula gələcəyi gözlənilir. (Offsideplus.az) Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)