Sabah qatarlar bu qrafiklə işləyəcək
26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, “28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin qatarlar “Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və “Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.

Şərh verin