“Nissan”la “VAZ-2107” toqquşdu — Ölən və xəsarət alanlar var

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazonfo” xəbər verir ki, hadisə rayonun Qarağac kəndində qeydə alınıb. Belə ki, rayon sakini Bəyanət İbadovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Qəzada “VAZ-2107”nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev və  “Nissan”nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov