Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Təhlükəsizlik Xidmətinin (SBU) 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib. Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Zelenski "Facebook" hesabında paylaşım edib. Ukrayna lideri bildirib ki, SBU-nun xüsusi təyinatlı "Alfa" Mərkəzinin cəbhədəki fəaliyyəti, uzaqmənzilli və orta mənzilli zərbə planları, eləcə də xidmətin əldə etdiyi nəticələr barədə general-mayor Yevgeni Xmara ona məruzə edib. "Aqressor dövlətə təsir göstərmək və onu müharibəni dayandırmağa sövq etmək məqsədilə 40 günlük əməliyyatı təsdiqlədim", - deyə Zelenski vurğulayıb. Prezident qeyd edib ki, SBU artıq bir neçə aydır müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə cəbhədə Ukraynanın mövqelərinin müdafiəsində ən yüksək nəticələri nümayiş etdirir. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin