Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi "Instagram" səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!". Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)