DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi
2026-cı il dünya çempionatının qrup mərhələsində III turun oyunları davam edir. Milli.Az xəbər verir ki, D qrupunda keçirilən son turun görüşlərində 1/16 finala vəsiqə qazanan komandalar müəyyənləşib. Paraqvay və Avstraliya yığmaları arasındakı qarşılaşmada hesab açılmayıb - 0:0. Bu nəticədən sonra hər iki komanda 4 xal toplayıb. Əlavə göstəricilərə əsasən Avstraliya qrupu ikinci, Paraqvay isə üçüncü pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib. Qrupun digər oyununda isə ev sahibi ABŞ millisi Türkiyə ilə üz-üzə gəlib. Beş qolun vurulduğu gərgin qarşılaşmada Türkiyə 3:2 hesablı qələbə qazanıb. Buna baxmayaraq, Türkiyə yığması 3 xalla qrupda sonuncu yeri tutaraq dünya çempionatı ilə vidalaşıb. ABŞ isə 6 xalla D qrupunun lideri kimi növbəti mərhələyə yüksəlib. DÇ-2026 D qrupu, III tur 26 iyun Paraqvay - Avstraliya - 0:0 Türkiyə - ABŞ - 3:2 Qollar: Trasti, 3; Arda Güler, 10; Orkun Kökçü, 31; Serhalter, 69; Kaan Ayhan, 90+8. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin