Braziliya və Niderlandın 1/16 finaldakı rəqibləri bəlli oldu

Dünya Çempionatının qrup mərhələsi başa çatmaqdadır. “Qafqazinfo” xəbər verir ki, artıq 1/16 finalın bəzi cütləri bəllidir. Belə ki, Braziliya milli komandası pley-off-da Yaponiya ilə, Niderland millisi isə Mərakeşlə qarşılaşacaq. Meydan sahiblərindən olan ABŞ-nin rəqibi isə Bosniya və Herseqovina olacaq. Digər cütlər növbəti günlərdə müəyyənləşəcək.