İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi — Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşların itkin düşməsu barədə məlumat daxil olub. “Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib. Qeyd edək ki, axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.

Şərh verin