Bir həftə əvvəl qızıl medal qazanmışdı — Vəfat etdi
Naxçıvanda yeniyetmə cüdoçu vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan MR Gənclər və İdman Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yeniyetmə idmançı Vəli Əliyev iyunun 18-i cüdo üzrə Muxtar Respublika birinciliyində qızıl medal qazanıbmış. Əldə etdiyimiz məlumata görə, hadisə iyunun 24-ü, saat 22 radələrində baş verib. 2013-cü il təvəllüdlü Vəli Elçin oğlu Əliyevin meyiti yaşadığı Naxçıvan şəhərindəki evin həyətində aşkar edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Şərh verin