Son beş ayda bu qədər adam həbsdə evlənib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib. Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum qeydə alınıb. Həmçinin bildirilib ki, ötən il ərzində isə cəzaçəkmə müəssisələrində 113 nikah qeydə alınıb.

Şərh verin