Sergey İvanov vəfat edib
Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov 73 yaşında vəfat edib. Məlumata görə, Sergey İvanov uzun illər Rusiya hakimiyyətində yüksək vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının katibi, Baş nazirin müavini, Baş nazirin birinci müavini və Prezident Administrasiyasının rəhbəri postlarını tutub. İvanov 2016-cı ildən 2026-cı ilin fevralınadək Rusiya Prezidentinin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyət göstərib. O, son dövrlərə qədər Rusiya Təhlükəsizlik Şurasının üzvü idi. Qeyd edək ki, 2007-ci ildə Sergey İvanov Vladimir Putinin mümkün siyasi varislərindən biri kimi qiymətləndirilsə də, hakimiyyət uğrunda mübarizədə Dmitri Medvedevə məğlub olmuşdu. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin