İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Şabran rayonunda göldən meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, iyunun 25-i saat 15 radələrində rayonun Hacıqaraqaşlı kəndinin ərazisindəki göldə kişi meyiti tapılıb. Ölən şəxsin Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyev olması müəyyən edilib. Hadisədən əvvəl onun ailəsi polisə müraciət edərək K.Mirzəyevin itkin düşməsi barədə məlumat verib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin