Doqquzuncu sinif şagirdi vəfat etdi

Qubadlı şəhər Bəhmən Mehdiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, məktəbin 9-cu sinif şagirdi Abbaszadə Pərvin Bayram qızı dünyasını dəyişib. Şagirdin ölüm səbəbi açıqlanmayıb.