Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)

Şamaxının Qəleybuğurd kəndindən keçən Ağsu çayının daşması nəticəsində hərəkət tamamilə dayanıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü yağışlardan sonra yaranan sel səbəbindən infrastruktur iflic olub, insanlar yollarda çarəsiz vəziyyətdə qalıblar. Ərazidə nəqliyyatın hərəkəti qeyri-mümkün olduğundan vətəndaşlar traktorlar sayəsində çayı keçməyə çalışırlar. Həmin görüntüləri təqdim edirik: Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)