Tovuzda maşın aşdı — 20 yaşlı oğlan öldü-Fotolar
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb. Məlumata görə, “VAZ-2106” markalı avtomobilin aşması nəticəsində 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov hadisə yerində ölüb. Daha iki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, xəsarət alanlar 2006-cı il təvəllüdlü Əli Məmmədov və 2006-cı il təvəllüdü Asim Xanmirzəyevdir. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev

Şərh verin