İran İtaliyanı ABŞ–İsrail müharibəsində iştirakda ittiham edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İtaliyanın ABŞ-İsrail müharibəsində rolunun yalnız "texniki və dəstək xidmətləri" ilə məhdudlaşdığı barədə iddiaları rədd edib və bunu qanunsuz hərbi əməliyyatlarda birbaşa iştirak kimi qiymətləndirib. Milli.Az Mehrnews -a istinadla xəbər verir ki, İtaliyanın rəsmiləri ölkələrinin müharibədə iştirakını yalnız "texniki və dəstək" yardımı kimi təqdim etsə də, İran tərəfi bunu qəbul etmir. İsmayıl Bəqayi sosial şəbəkə hesabında bu açıqlamaların ziddiyyətli olduğunu bildirib və bunun məsuliyyətdən yayınma cəhdi olduğunu qeyd edib. Bəqayi vurğulayıb ki, hər hansı formada texniki və logistik dəstək göstərilməsi qanunsuz hərbi əməliyyatların həyata keçirilməsinə birbaşa töhfə deməkdir və bu, beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu cür fəaliyyətlər münaqişədə açıq iştirak və təcavüz aktı hesab oluna bilər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin