Dəniz suyunun temperaturu 19-22 dərəcə olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin Milli.Az-a verdiyi məlumata görə, iyunun 29-da cənub-qərb küləyi səhər saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 21-22 dərəcə təşkil edəcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)