Şəmkirdə 69 yaşlı qadın evində ölü tapılıb
Şəmkirdə evdə 69 yaşlı qadının meyiti aşkarlanıb. Milli.Az APA -ya istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 1957-ci il təvəllüdlü X.Gözəlovanın meyiti yaşadığı evdə tapılıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Qadının ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin