Bakının 7 əsas yolunda nəqliyyatın hərəkəti çətinləşib
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Məlumata görə, hazırda aşağıdakı yollarda tıxac müşahidə olunur: 1-ci Gölkənarı yolu - Ziya Bünyadov prospekti istiqamətində; Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metro stansiyası istiqamətində; Binəqədi şosesi - "Azadlıq prospekti" metro stansiyası istiqamətində; Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində; Tbilisi prospekti - "20 Yanvar" metro stansiyasından şəhər mərkəzi istiqamətində; Ziya Bünyadov prospekti - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 8 Noyabr prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində. NİİM sürücülərə hərəkətlərini planlaşdırarkən mövcud yol vəziyyətini nəzərə almağı tövsiyə edir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin