“Neftçi” 27 futbolçu ilə Sloveniyaya yola düşüb

"Neftçi" klubu yay təlim-məşq toplanışı üçün Sloveniyaya yola düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Yuri Vernidub hazırlıq prosesinə 27 futbolçu cəlb edib. Qapıçılar: Emil Balayev, Rza Cəfərov, Nurəziz Əzizov, Mehdi Həsənov, Kenan Piriç. Müdafiəçilər: Rüfət Abbasov, Elvin Bədəlov, Murad Xaçayev, Endryu Qraviyon, Məhəmməd Məmmədli, İqor Ribeyro, Falaye Sako, Mustafa Sek, Aslan Şirinov. Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi D'Almeyda, Qustavo Klisman, Emin Mahmudov, İfeani Metyu, Emil Səfərov, Andrey Ştoqrin. Hücumçular: Breno Almeyda, İmad Faraj, Alessio Kurçi, Ağadaş Salyanski, Bassala Sambu, Lyubomir Tupta. Qeyd edək ki, "Neftçi"nin Sloveniyadakı təlim-məşq toplanışı iyulun 14-dək davam edəcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)