Ağcabədidə 24 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Ağcabədi rayonunda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb. Milli.Az APA -ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində aparılan təmir-bərpa işləri zamanı qeydə alınıb. "Azərişıq" ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)