Rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək
İyunun 30-u gündüzdən iyulun 1-i axşamadək Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Şərh verin