Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi bölgələrdə arabir yağışların yağacağı, şimşək çaxacağı gözlənilir. Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağışların intensiv və güclü xarakter alması, dolu düşməsi ehtimalı var. Həmçinin çaylarda sululuğun artacağı, dağ çaylarında isə qısamüddətli daşqın və sel riskinin yarana biləcəyi istisna edilmir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin