Artıq Ağ Evin qapısında olacaq — Qızıldan hədiyyə

ABŞ Prezidenti Donald Tramp Ağ Evə əlavə olunan yeni hədiyyəni paylaşıb. “Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında açıqlama yayıb. “250 illik yubiley münasibətilə Ağ Evə qızıl hədiyyə!” - sözlərini yazıb. Paylaşımda Ağ Evin fasadında qızılı rəngdə ABŞ-nin milli simvolu olan qartal emblemi əks olunub. Tramp paylaşımında hədiyyənin kimə məxsus olduğu haqda əlavə məlumat verməyib. Qeyd edək ki, ABŞ-nin 250 illik yubileyi iyulun 4-də qeyd olunacaq.