Fatimə Hüseynova faciəli şəkildə vəfat etdi
Rusiyanın Ukraynanın Xarkov şəhərinə həyata keçirdiyi hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub. Milli.Az-ın Qafqazinfo -ya istinadən məlumatına görə, Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi Fatimə Hüseynova raket zərbələri zamanı həyatını itirib. Qeyd edilib ki, son günlər Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumlarının intensivliyi xeyli artıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin