Həkim məsləhəti olmadan verilən vitamin uşağı xəstəxanalıq etdi - (Video/Foto)
Uşaqlara həkim məsləhəti olmadan vitamin verilməsi ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Milli.Az xəbər verir ki, bu barədə pediatr Aynur Əliyeva məlumat verib. Həkimin sözlərinə görə, son müalicə etdikləri azyaşlı xəstədə vitamin kompleksi qəbulundan sonra ağır allergik reaksiya olan Layella sindromu inkişaf edib. Xəstənin bədənində səpkilər yaranıb və vəziyyəti ciddi nəzarətə götürülüb. A.Əliyeva bildirib ki, vaxtında aparılan müalicə və düzgün tibbi müşahidə nəticəsində uşağın sağlamlığı tam bərpa olunub və o, sağalaraq evə buraxılıb. Pediatr valideynlərə müraciət edərək vurğulayıb ki, hətta vitaminlər belə həkim tövsiyəsi olmadan qəbul edilməməlidir: "Valideynlərə dəfələrlə bildiririk ki, özbaşına vitamin qəbulundan istifadə etməyin. Buna baxmayaraq, bəziləri bunu davam etdirir. Uşaqlara hər hansı vitamin, dərman və ya əlavə preparat yalnız həkim məsləhəti ilə verilməlidir". Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Şərh verin