Daha 6 itkin-şəhid dəfn olunacaq — Adlar
Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-i Xaçmaz rayonu, Köhnə Xudat kənd qəbiristanlığında; Kamalov Bahadur Məhəmməd oğlu iyulun 3-ü Kəlbəcər rayonu, Zar kəndi, yeni qəbiristanlığında; Babayeva Mədinə Rəhim qızı iyulun 3-ü Kəlbəcər rayonu, Daşbulaq kənd qəbiristanlığında; Əhmədov Rauf Əjdər oğlu iyulun 3-ü Goranboy rayonu, Sarov kənd qəbiristanlığında; Musayev Dəyanət Salik oğlu iyulun 3-ü Ucar rayonu, Boyat kənd qəbiristanlığında; Əliyev Möysüm Murad oğlu iyulun 3-ü Füzuli rayonu, Mahmudlu 2 kənd qəbiristanlığında dəfn olunacaq.

Şərh verin