Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)

Məşhur türk müğənni sosial şəbəkədə etdiyi son paylaşımı ilə izləyicilərinin diqqətini cəlb edib. Milli.Az-ın məlumatına görə, sənətçi hamam otağından çəkdiyi videonu izləyiciləri ilə bölüşərək səhnəyə hazırlıq prosesini nümayiş etdirib. O, paylaşımına yazdığı qeydlə həm zarafat edib, həm də səhnə intizamına verdiyi önəmi vurğulayıb. Müğənni paylaşımında bunları qeyd edib: "Bəli, dostlar, səhnəyə özüm hazırlaşıram. Təraş oluram, saçımı darayıram, səliqə ilə geyinirəm, pencəyimin düymələrini bağlayıb tamaşaçılarıma olan hörmətimlə səhnədə yerimi alıram. "Görüntü ilə heç əlaqəsi yoxdur" deyəcəksinizsə, bəlkə hansısa şampun reklamı gələr. Saçlarım hələ də yerindədir!". Qısa müddətdə geniş yayılan video sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub. İzləyicilər sənətçinin səmimi paylaşımını bəyəndiklərini bildirərək çoxsaylı şərhlər yazıblar. Bəziləri onun yumor hissini yüksək qiymətləndirib, digərləri isə səhnəyə hazırlıq prosesini izləməyin maraqlı olduğunu qeyd ediblər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)