Sabah Bakının bir hissəsində qaz olmayacaq

Sabah Bakının bir hissəsində qaz olmayacaq. Milli.Az " xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)