Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapılıb. Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Əliağa oğlu Rəhimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Lent.az Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)