UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
UEFA "Fənərbaxça" klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib. Milli.Az xəbər verir ki, İstanbul təmsilçisinə 7 milyon avro məbləğində pul cəzası kəsilib. Buna səbəb klubun 2025-ci il üzrə heyət xərclərinin UEFA-nın müəyyən etdiyi həddi aşması olub. Bildirilir ki, "Fənərbaxça" heyət xərcləri nisbətini 70 faizdən yuxarı göstərərək UEFA-nın heyət xərcləri qaydasını pozub. Qeyd edək ki, UEFA-nın maliyyə davamlılığı qaydalarına əsasən, klubların heyət xərclərinin gəlirlərə nisbəti müəyyən olunmuş həddi keçməməlidir. 2025-ci il üçün bu limit 70 faiz təşkil edir./Lent.az Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin