Beyləqanda vətəndaş müraciətləri diqqətdə saxlanılır — Fotolar
İyulun 1-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti dəfə RİH-in inzibati binasında vətəndaşları qəbul edib. “Qafqazinfo” xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciətləri Əziz Əzizov tərəfindən diqqətlə dinlənilib, Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq araşdırmaların aparılması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Digər müraciətlərlə bağlı isə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub, müvafiq dövlət qrumlarına müraciət etmələri tövsiyə olunub. Vətəndaşlar müraciətlərinə göstərilən diqqət və həssas münasibətə görə məmnunluqlarını ifadə edərək, ölkədə həyata keçirilən sosialyönümlü dövlət siyasətinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şərh verin