Nurlana Əliyeva vəfat etdi
Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib. “Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edilib ki, son vaxtlar 80 yaşlı N.Əliyevanın səhhətində problemlər yaranıbmış. “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin! Xatırladaq ki, N.Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub.

Şərh verin