"Yol hərəkəti haqqında" Qanunda hər kəsi çaş-baş salan o gizli maddə nədir?

Avtomobillərdə işıq cihazlarından düzgün istifadə həm yol təhlükəsizliyi, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından vacibdir. Milli.Az xəbər verir ki, "Yol hərəkəti haqqında" Qanunun 73-cü maddəsinin müvafiq hissəsində qeyd olunur ki, projektor və axtarıcı faralardan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan gələn nəqliyyat vasitəsi olmadıqda istifadə etmək olar. Yaşayış məntəqələrində isə bu tip işıqlardan yalnız operativ və xüsusi təyinatlı xidmət avtomobilləri xidməti vəzifələrini yerinə yetirərkən istifadə edə bilərlər. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)