53 yaşlı qadın göldə boğuldu — Foto

Goranboyda qadın göldə batıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. 53 yaşlı Sevda Nəbiyevanın meyiti göldən çıxarılıb. Qeyd olunur ki, mərhum Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həkim olaraq çalışıb. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb. Yunis Quliyev