"Liverpul" yeni transfer etdi

İngiltərənin "Liverpul" klubu Fransa təmsilçisi "Renn"də çıxış edən Jeremi Jakeni heyətinə qatdığını açıqlayıb. Milli.Az report -a istinadən xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb. Xatırladaq ki, Jeremi Jake Fransanın aşağı yaş qruplarından ibarət millilərində çıxış edib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)