Ceyranbatanda açıq ərazidə yanğın olub — Yenilənib

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində açıq ərazidə məişət və təkər tullantıları yığılan sahədə yanğın baş verib. Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. “Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək”, - deyə əlavə edilib. *** Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.