Samuxda “MAZ” çaya aşdı - Sərhədçimiz öldü - Yenilənib

DSX-dən bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun olduğu avtomobil sürüşərək çay yatağına düşüb: "Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib". ---------- Samuxda ölümlə nəticələnən hadisə baş verib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, "MAZ" markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib. Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir. Faktla bağlı araşdırma başlanılıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)