Merve ana olacaq
Türkiyəli aktrisa Merve Dizdar ilk dəfə ana olmağa hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat paylaşıb. O bildirib ki, aktrisa üç aylıq hamilədir və onun oğlu olacaq. Qeyd edək ki, Merve Dizdar 2024-cü ildə biznesin inkişafı üzrə menecer Cihan Aygerlə ailə həyatı qurub. Sənətçi daha əvvəl “Kral Kaybederse”, “Kırgın Çiçekler”, “Mucize Doktor” kimi məşhur seriallarda rol alıb.

Şərh verin