DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha iki qarşılaşması baş tutub. Milli.Az xəbər verir ki, "Sietl" stadionunda keçirilən oyunda Belçika millisi Seneqal yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə Avropa təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb. Qeyd edək ki, Belçika G qrupunu lider, Seneqal isə I qrupunu üçüncü pillədə başa vurmuşdu. 1/16 finalın digər matçı isə San-Fransiskoda keçirilib. Ev sahibi ABŞ millisi Bosniya və Herseqovina yığmasını 2:0 hesabı ilə məğlub edib. Amerika komandasının heyətində qolları 45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman vurub. Beləliklə, hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Dünya çempionatının 1/8 finalında ABŞ və Belçika milliləri bir-birinə rəqib olacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin