Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)

Tor Byornssonvə həyat yoldaşı Kelsey Henson arasındakı nəzərəçarpacaq boy fərqi sosial şəbəkələrdə yenidən geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, "Game of Thrones" serialında canlandırdığı "The Mountain" obrazı ilə dünya şöhrəti qazanan aktyorun həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotolar internetdə sürətlə yayılıb. İki metrdən hündür boya sahib olan Byornsson və 1,57 metr boyu olan Kelsey Hensonun görüntülərini görən bəzi sosial media istifadəçiləri onların süni intellekt vasitəsilə hazırlandığını iddia ediblər. Lakin sonradan yayılan məlumatlarda fotoların tamamilə real olduğu təsdiqlənib və cütlüyün birlikdə çəkilmiş görüntüləri yenidən maraq mərkəzinə çevrilib. Qeyd edək ki, Tor Byornsson və Kelsey Henson 2017-ci ildə tanış olublar. Cütlük bir il sonra - 2018-ci ildə ailə həyatı qurub və tez-tez sosial şəbəkələrdə paylaşdıqları fotolarla izləyicilərinin diqqətini çəkirlər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)