Starmerin qürur mənbəyi — “Dünyanın ən homoseksual parlamenti” - Video
Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Kir Starmer Britaniya parlamentinin LGBT nümayəndələrinin sayına görə dünyada lider olması ilə qürur duyduğunu bildirib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə fikirlərini Dauninq-stritdə “LGBT ayı”na həsr olunan qəbul zamanı səsləndirib və “YouTube” kanalında bununla bağlı görüntülər paylaşıb. Belə ki, tədbirin aparıcısı Baş naziri “lezbiyan stil ikonası” kimi təqdim edib. Starmer isə cavabında bu tərifi çox bəyəndiyini söyləyib. O həmçinin Britaniya parlamentini dünyada “ən homoseksual parlament” adlandırıb və bununla qürur duyduğunu bildirib. “Ən homoseksual parlamentə sahib olmağımızla qürur duyuram. Dünyada bundan daha homoseksual bir parlament olduğunu düşünmürəm. Bu, fantastikadır” , - hökumət başçısı deyib. Qeyd edək ki, son illər Qərbdə “müxtəliflik və inklüzivlik” siyasəti dövlət qurumlarının əsas prioritetlərindən biri kimi təqdim olunur. Starmerin çıxışı da bu “Avropa dəyəri”nin növbəti “təntənəsi” kimi qiymətləndirilir. Bir vaxtlar parlamentlər qanunvericilik fəaliyyəti ilə öyünürdüsə, indi bəzi siyasətçilər parlamentdəki LGBT nümayəndələrinin statistikasını əsas nailiyyət kimi önə çıxarırlar. Xatırladaq ki, K.Starmer iyunun 22-si baş nazir postundan istefa verib. O, yeni baş nazir seçilənə qədər səlahiyyətlərini icra etməyə davam edəcək.

Şərh verin