ABŞ-dəki yoxlamalar Messini güldürdü — Video
Dünya çempionatının 1/16 finalında Kabo-Verde ilə qarşılaşacaq Argentina millisi matçın keçiriləcəyi Mayamiyə gələrkən ciddi yoxlamalarla üzləşib. “Qafqazinfo” xəbər verir ki, ABŞ polisi futbolçuları bir-bir yoxlayıb. Argentinalıların ulduzu Lionel Messi isə bu yoxlamalara gülərək reaksiya verib. Qeyd edək ki, Argentina - Kabo-Verde matçı iyulun 4-ü saat 02:00-da oynanılacaq.

Şərh verin