Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Bakı Olimpiya Stadionu ABŞ-nin Müstəqillik Günü ilə əlaqədar bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb. Milli.Az xəbər verir ki, ABŞ-nin ölkəmizdəki səfirliyi buna görə Azərbaycana təşəkkür edib. "Təşəkkür edirik, Azərbaycan! ABŞ iyulun 4-də Amerika müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən, çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi bizi çox sevindirdi. Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir", - məlumatda qeyd olunub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin