Fərid Namazov baş məşqçi təyin edildi

"İmişli" klubu baş məşqçi postuna Fərid Namazovu təyin edib. Milli.Az xəbər verir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb. UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb. Fərid Namazov "İmişli"yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)