General təqaüdə göndərildi — Foto

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib. “Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin! Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub. Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.