Kimyəvi məhluldan zəhərlənən kişi 18 gün yaşadı

Bakıda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, iyunun 14-ü Sabunçu qəsəbə sakini 1964-cü il təvəllüdlü Yaşar Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş Y.Rzayev iyulun 2-si orada vəfat edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.